Lənkəranda I Ləvəngi Festivalı keçirilib – FOTOLARbackend
Cəmiyyət
271

Lənkəranda I Ləvəngi Festivalı keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 5-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Parkında “I Ləvəngi Festivalı” keçirilib.

Apress.az xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Lənkəran mətbəxinin zənginliyinin tanıdılması istiqamətində indiyədək çoxsaylı tədbirlər keçirilib və işlərin davamı kimi təşkil olunan festivala istər yerli insanlar, istərsə də şəhərimizin qonaqları tərəfindən böyük maraq göstərilib.

Festivalda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.
Fotolar Elsevər Əliyevə məxsusdur.