Lənkəranda meyvə emalı üzrə 2 korporativ yaradılıbbackend
İqtisadiyyat

Lənkəranda meyvə emalı üzrə 2 korporativ yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda həyata keçirilən “Gənc Aqrosahibkarlar” layihəsi çərçivəsində Lənkəran rayonunda feyxoa və digər meyvələrin emalı üzrə iki kooperativ yaradılıb.

Bunu Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən maliyyələşdirilən “Gənc Aqrosahibkarlar” layihəsinin Bağlanış Konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev deyib.

O bildirib ki, yaradılan korporativlərin və üzvlərinin bilik və bacarıqlarını artırmaq məqsədi ilə korporativlərin maliyyə idarə etməsi, biznesin idarə edilməsi, elektron ticarət, bazarlama, avadanlıqlardan istifadəyə dair təlim və mentorluq proqramları keçirlib.

“Lahiyə çərçivəsində əldə olunmuş bilik bacarıq və təcrübə gələcəkdə ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün başqa layihələrin də həyata keçirilməsində istifadə ediləcək. Bu layihədən sonra yerli biznes icması artıq kənd təsərrüfatı korporativlərinin yaradılması istiqamətində Azərbaycan Mikromaliyyə Assosiasiyasının təcrübəsindən faydalanmaqla maraqlanırlar”, – C.Əliyev əlavə edib.

// APress.az