“Maestro School” 2022-ci ili uğurla başa vurdubackend
Gündəm
795

“Maestro School” 2022-ci ili uğurla başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ili başa vurmağımıza sayılı günlər qalır. Yola saldığımız bu il Bakının peşəkar proqramlaşdırma mətkəbi olan – “Maestro School” üçün də əlamətdar olub. Fəaliyyətə başlamasından  cəmi doqquz ay ötsə, məktəbin şagidləri az heyətlə beynəlxalq olimpiadada yarımfinala vəsiqə qazanıblar.

“Maestro School”un təsisçisi Mədinə Paşayeva bildirib ki, müasir texnologiyaları əxz etmədən ciddi uğurlara nail olmaq mümkün deyil: “Qabaqlar yalnız İT mütəxəssisi olmaq, rəqəmsal sahədə ixtisaslaşmaq istəyən şəxslər İT (informasiya texnologiyaları) sahəsini seçərdilər. Lakin elə bir dövrə qədəm qoymuşuq ki, hansı sahədə çalışmaqdan asılı olmayaraq, rəqəmsal biliklər vacibdir. Yeni fəaliyyətə başlayanda uşaqlar və yeniyetmələr üçün tədris nəzərdə tutulsa da, bir neçə aydır ki, İT biliklərinə sahiblənmək istəyən bütün yaş kateqoriyalarını əhatə edirik. Məqsədimiz peşəkar rəqəmsal biliklərin artırırılmasına nail olmaq, İT sahəsində peşəkar kadrlar yetişdirməkdir”.

Təsisçinin sözlərinə görə, yola saldığımız il “Maestro School ailəsi” üçün yaddaqalan olub: “Sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlimdə iştirak ediblər. Bu təlim olimpiadaya hazırlıq məqsədi daşıyıb. Noyabr ayında isə “Maestro School” uşaqlar və yeniyetmələr üçün peşəkar IT məktəbinin şagirdləri Rumıniyada təşkil olunan robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadasına qatılıblar. Buxarest şəhərində baş tutan olimpiadaya dünyanın müxtəlif ölkələrindən 800 iştirakçı çıxış edib. Cəmi dörd iştirakçı ilə  “Maestro School”un yetirmələri yarımfinala çıxıblar. Bununla da həmyerlilərimiz 2024-ci cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək daha böyük miqyaslı beynəlxalq olimpiadaya vəsiqə qazanıblar. Digər ölkələr 50-100 arası heyətlə olimpiadaya qatılsalar da, bu qədər az heyətlə Azərbaycan komandası bir ilkə imza atıb. Beynəlxalq İslam Olimpiadasına hazırlıqlarımız da yekunlaşdırmaq üzrədir. Məktəbin peşəkar müəllim və şagird komandası gələn ay keçiriləcək bu beynəlxalq olimpiada da iştirak edəcək.”

Mədinə Paşayeva qeyd edir ki, “Maestro School” oktyabr ayından etibarən Bakı şəhər İcra Hakimiyyətinin dəstəyilə paytaxtın üç uşaq evində İT tədrisinə start verib: “Bununla da valideyn himayəsindən məhrum olan uşaqlar informasiya texnologiyalarının incəlikləri barədə biliklər əldə etmək, gələcəyin proqramçıları olaraq yetişdirilmək imkanı qazanıblar. İnklüziv metodologiya üzrə tədrislə məşğul olan məktəb qızların da proqramlaşdırma sahəsində bilik və bacarıqlarının artırırlması istiqamətində kampaniyaya başlamışıq. “Streotiplərdən azad olaq, qadınlarsız cəmiyyət yoxdur” devizi altında keçirilən aksiyamıza böyük ictimai maraq var”.

Xatırladaq ki, 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün proqramlaşdırma məktəbi olaraq fəaliyyətə başlayan “Maestro School” hazırda öz fəaliyyət sahəsini genişləndirir və Bakının aparıcı proqramlaşdırma məktəblərindən biridir. IT sahəsinə aid  ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası Maestro School-un əsas üstün cəhətlərini təşkil edir.

(+994)513002233

[email protected]

www.maestroschool.az