Masallıda “patı” satan şəxs yaxalandıbackend
Cəmiyyət
280

Masallıda “patı” satan şəxs yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APress.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini R.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır