Masallıda “Sahibkar statistika ilə bağlı nəyi bilməlidir” mövzusunda tədbir keçirilibbackend
Cəmiyyət
827

Masallıda “Sahibkar statistika ilə bağlı nəyi bilməlidir” mövzusunda tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 avqust 2024-cü il tarixdə Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı ilə Masallı Sənaye Məhəlləsində rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə “Sahibkar statistika ilə bağlı nəyi bilməlidir” mövzusunda təlimatı-müşavirə keçirilib.

Müşavirədə Masallı Sənaye Məhəlləsinin direktoru Yaşar Məcidov tərəfindən sahibkarların diqqətinə Sənaye Məhəlləsinin fəaliyyəti, Masallı Kob dostu Cavad Əzizov tərəfindən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sahibkarlara göstərdiyi xidmətlər barədə məlumatlar çatdırılıb.

Masallı Rayon Statistika İdarəsinin əməkdaşları (Ü.Məmmədov, S.İsgəndərli və E.Əliyev) tərəfindən statistikanın mahiyyəti, vəzifələri, prinsipləri barədə məlumatlar təqdim edilib, hesabatların təqdim olunma dövriliyi və qaydaları göstərilmiş, statistik məlumatların təqdim olunmaması və ya təhrif edilərək təqdim edilməsi hallarında tətbiq ediləcək inzibati xətalar haqqında məlumatlar verilmiş, sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın online əldə olunması yolları izah olunub.

Sahibkarlar üçün Dövlət Statistika Komitəsinin rəsmi stat.gov.az saytında yaradılmış”Sahibkarlar üçün 7 sual rəy” sorğusunda iştirak edilməsinin zəruriliyi haqqında məlumat verilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.