Media savadlı olmaq hamı üçün vacibdir – Ramil Mirzəyevbackend
Cəmiyyət
127

Media savadlı olmaq hamı üçün vacibdir – Ramil Mirzəyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün sosial media və rəqəmsal platformaların sürətli inkişafı informasiyanın yayılmasını asanlaşdırsa da, yanlış məlumat və manipulyativ xəbərlərin artmasına da səbəb olub. Media savadlılığı yetərli səviyyədə olmayan şəxslər yayılan dezinformasiya və feyk məlumatlardan maddi və mənəvi cəhətdən böyük ziyan görə, özləri də bilmədən yanlış məlumatların cəmiyyətdə yayılmasında iştirak edə bilərlər”.

Bu sözləri Metbuat.az-ın rəhbəri Ramil Mirzəyev media savadlılığından danışarkən deyib.

O bildirib ki, əldə edilən məlumatın düzgün təhlili, həqiqiliyinin yoxlanılması və həmin informasiyadan doğru istifadə edilməsi bu baxımdan çox vacibdir.

“Təsadüfi deyil ki, Media haqqında qanuna ilk dəfə media savadlılığı termini gətirildi. Artan informasiya mühitində yanlış və feyk məlumatları ayırmaq, hansı informasiyanın doğru olduğunu anlamaq müəyyən bilik və savad tələb edir. Medianın İnkişafı Agentliyi tərəfindən bu istiqamətdə davamlı işlər görülür. “Media Savadlılığı” Həftəsinin elan olunması bu səpkidə atılmış mühüm addımlardan biridir. Həftə ərzində Agentlik tərəfindən konfrans və təlimlər keçirildi. Yerli KİV-lərdə media savadlılığının artırılması istiqamətində çoxsaylı məqalələr yayımlandı, sosial mediada marifləndirici paylaşımlar edildi. Bu, uzun və davamlı prosesdir. Nəticəsi istənilən halda cəmiyyətimiz üçün müsbət olacaq”, – deyə R. Mirzəyev əlavə edib.

Qeyd edək ki, dekabrın 16-22-i Medianın İnkişafı Agentliyi tərəfindən ölkədə “Media Savadlılığı” Həftəsi elan olunub. Həftə çərçivəsində müxtəlif dövlət qurumları ilə birgə maarifləndirmə kampaniyaları həyata keçirilir. Əsas məqsəd cəmiyyətin media savadlılığını artırmaq, gənclərin bilik və bacarıqlarını inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulmasının təbliğ edilməsidir.