Media savadlılığı çirkin kampaniyalara qarşı MÜBARİZƏDİR -RƏYbackend
Cəmiyyət
185

Media savadlılığı çirkin kampaniyalara qarşı MÜBARİZƏDİR -RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnformasiya texnologiyaları inkişaf etdikcə, dezinformasiyaların miqyası daha da böyüyür və geniş kampaniyaya çevrilə bilir. Bu baxımdan da cəmiyyətin maariflənməsi, bu istiqamətdə məlumatın əldə edilməsi çox önəmlidir”. 

Apress.az xəbər verir ki Bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media Savadlılığı” həftəsi cəmiyyətimiz üçün önəmli bir addımdır:

“Son dövrlər dünyanın bəzi “media qurumları”, həmçinin Qərb mətbuatı tərəfindən Azərbaycana qarşı  dezinformasiya, “fake news” kampaniyaları aparılır.

Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır, bununla da saxta xəbərlərin sayı artır. Ona görə də, media savadlılığı cəmiyyəti saxta və doğru xəbərləri bir-birindən ayırd etməyə kömək edir, həmçinin manipulyasiyadan qoruyur”.

H.Heydərli onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyi yaranan ilk gündən bu günə qədər jurnalistlərlə, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri ilə bu istiqamətdə çox ciddi işlər aparılıb.

O, əlavə edib ki, “Media savadlılığı” həftəsi çərçivəsində gənclərin də bu pozisiyaya cəlb olunması çox sevindiricidir.

“Bu gün dezinformasiyalar daha çox sosial media üzərində yayımlanır və sosial şəbəkələrin ən çox istifdəçisi məhz gənclərdir. Bu baxımdan, aparılan maarifləndirmə kampaniyaları və bu kimi tədbirlər artıq öz nəticəsini verməkdədir.

Eyni zamanda, “Media savadlılığı həftəsi” çərçivəsində keçirilən görüşlər, xüsusilə benəlxalq təlimçilərin və ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, onların təlimlər keçməsi, gənclərlə görüşləri və apardıqları maarifləndirmə işləri olduqca önəmli bir addımlardır. 

Dezinformasiyalar, “fake news” (saxta xəbərlər) bu gün dünyanın media sahəsində ən böyük problemlərindən birinə çevrildiyi üçün cəmiyyətlərin də bu sahədə maariflənməsi çox önəmlidir.

Media savadlılığı həftəsində Azərbaycan cəmiyyətində saxta xəbərlərə və dezinformasiyalara qarşı immunitet formalaşdırmağa çalışmışıq və əminəm ki, bu immunitet artıq formalaşır. Azərbaycan oxucusu və Azərbaycan cəmiyyəti doğru xəbərlə saxta xəbəri ayırd edə bilir”-deyə H.Hacıbəyli bildirib.

Aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirən və onun davamlı olmasını arzu edən H.Heydərli sonda deyib ki, Azərbaycana qarşı aparılan çirkin kampaniyalara cəmiyyətimiz artıq öz mövqeyini ortaya qoyur və dezinformasiyalarla mübarizə apara bilir.

Xatırladaq ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib.

Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Media Savadlılığı Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Şəbnəm Rəhimova