“Mediasiya günü” münasibəti ilə Sempozium keçirilibbackend
Gündəm
896

“Mediasiya günü” münasibəti ilə Sempozium keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Mediasiya günü” münasibəti ilə “10-cu ilində Türkiyədə Mediasiya Sempoziumu” keçirilib.

Apress.az xəbər verir ki, Sempoziumda Azərbaycan Respublikası Mediasiya Şurasının mediatoru və İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının Beynəlxalq Hüquq Komissiyasının sədri Aygün Əliyeva da iştirak ediblər.

Qeyd edək ki, Sempozium zamanı Aygün Əliyeva, mediasiya sahəsində Azərbaycan Respublikası Mediasiya Şurasının mediatoru kimi öz təcrübə və bacarığı ilə diqqət çəkib. O, ayrıca İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının Beynəlxalq Hüquq Komissiyasının sədri kimi öz fikirlərini və perspektivlərini təqdim edib. Tədbir çərçivəsində müxtəlif məsələlər və mövzular müzakirə olunub, bu da mediasiya sahəsində inkişafın və təkmilləşmənin nailiyyətləri barədə geniş bir müqayisə və təcrübə mübadiləsinə imkan verib.