Mediasiya Şurası kütləvi tirajla maarifləndirici vəsaitlər çap edibbackend
Gündəm
6126

Mediasiya Şurası kütləvi tirajla maarifləndirici vəsaitlər çap edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, mediasiya sahəsində marketinq alətlərinin tətbiqi məqsədi ilə Mediasiya Şurası, mediasiya təşkilatları ilə birlikdə mediasiyanın marketinqi üçün zəruri olan fəaliyyətləri həyata keçirir.
Mediasiya Şurası Kütləvi İnformasiya Vasitələri, o cümlədən, sosial şəbəkələr, müxtəlif təsisatlarda görüşlərlə yanaşı mediasiyaya müraciət edən vətəndaşlarda mediasiya haqqında tam və aydın təsəvvürün formalaşması üçün müxtəlif məzmunlu vəsaitlər çap edib. Bu vəsaitlərdən biri də “Ailə mediasiyası” bukletidir. 50.000 tirajla nəşr edilən bu bukletlər müxtəlif tədbirlərdə yayılmaqla yanaşı, mediasiya təşkilatları tərəfindən tərəflərə göndərilən mediasiyaya dəvət zərflərinin içərisində də vətəndaşların məlumatlandırılması məqsədi ilə yer alacaqdır. Bukletlərin üzərində Mediasiya Şurasının qaynar xətt nömrəsi yer almışdır ki, vətəndaşlar mediasiya sahəsində istənilən problemlə bağlı Mediasiya Şurasına müraciət edə bilsinlər.