Mediasiya Şurası üçün Maliyyə savadlılığı təlimi keçirilibbackend
Gündəm
743

Mediasiya Şurası üçün Maliyyə savadlılığı təlimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində işlər görür, eyni zamanda onların maliyyə savadlılığının artırılması üçün tədbirlər təşkil edir. Bu tədbirlərin davamı olaraq 08.09.2023-cü il tarixində Mediasiya Şurasının 44 nəfər mediatoruna Mərkəzi Bankın maliyyə savadlılığının artırılması məqsədilə hazırlanmış elektron resursları və “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə” mövzusunda seminar keçirilmişdir. Təlim zamanı regionlarda fəaliyyət göstərən mediatorlara da onlayn platformada mövzuları dinləmək imkanı yaradılmışdır. İştirakçıların mövzular ətrafında verdikləri suallar cavablandırılmışdır.

Mövzular Mərkəzi Bankın Nağd pul departamenti, Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı və İstehlahkçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyə Qaralova tərəfindən təqdim olunmuşdur.

Mediasiya Şurası üçün nəzərdə tutulan silsilə seminarlar proqram əsasında davam etdiriləcəkdir.