Mediasiya Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilibbackend
5990

Mediasiya Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
25 oktyabr 2023-cü il tarixində Avropa Şurası, Avropa İttifaqı, Mediasiya Şurası və Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Mediatorlar üçün təlim proqramlarının və mediasiya təlimçiləri və təlim müəssisələri üçün akkreditasiya sisteminin standartlarının müəyyən edilməsi” üzrə dəyirmi masa məsləhətləşmələri keçirilmişdir. Dəyirmi masa məsləhətləşmələrində Mediasiya Şurası və Ədliyyə Akademiyasının mediasiya kursları üzrə təlimçiləri iştirak etmişdir.
Tədbirdə salamlama və açılış nitqi ilə çıxış edən, layihənin Avropa Şurası tərəfindən kordinatoru Leonid Antohi, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov aparılmış işlər və qarşıda duran hədəflər barədə məlumat veriblər. Eyni zamanda, CEPEJ-in Sloveniyadan olan eksperti Nina Betetto və CEPEJ-in Portuqaliyadan olan eksperti Maria Oliveira çıxış edərək, səmərəli və keyfiyyətli mediasiya təlimi proqramlarının hazırlanması və davamlılığı, təlim iştirakçılarının təlimə qəbul və qiymətləndirmə meyarlarının aydınlaşdırılması, təlim standartlarının uyğunlaşdırılması və adekvat təlim təklifinin təmin edilməsi, CEPEJ-in Mediasiya təlimi proqramlarının hazırlanması və monitorinqi üzrə təlimatlarının və müvafiq müsbət təcrübələrin təqdimatı üzrə fikirlərini bölüşüblər.
İşgüzar mühitdə keçən görüşdə azərbaycanlı təlimçilər tərəfindən Azərbaycanda mediasiya sahəsində mövcud olan təlim materiallarının təkmilləşdirilməsi üçün məsləhətləşmələr, ilkin mediasiya təlimi üçün vəsaitin hazırlanması, CEPEJ-in mediatorlar üçün baza səviyyəli təlim proqramının və müvafiq müsbət təcrübələrin təqdimatı məsələləri ətrafında da müzakirələr aparılıb. Azərbaycanı təmsil edən təlimçilərə Mediasiya Şurası və Avropa Şurasının ekspertləri tərəfindən gördükləri işlərə görə təşəkkür edilmişdir.