Mediator Klubunun sayca 6-cı olan ənənəvi görüşü keçirilib -FOTOLARbackend
Gündəm
574

Mediator Klubunun sayca 6-cı olan ənənəvi görüşü keçirilib –FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Mediator Klubunun sayca 6-cı olan ənənəvi görüşü keçirilib. Bu dəfəki görüş Bakı 18 saylı Mediasiya Təşkilatının ev sahibliyi ilə həyata keçirilib. 

Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association və Azərbaycan Respublikası Mediasiya Şurası arasında mövcud olan səmərəli əməkdaşlıq bu gün vəkil büroları və mediasiya təşkilatları arasında da davam etdirilir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanmış, vəkillər və mediatorlar arasında maraq konfliktlərinin qorunması məqsədi ilə işgüzar münasibətlərin qurulması və eyni zamanda mediasiya proseslərində keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini ehtiva edən iki tərəfli memorandumun keyfiyyətli icrası məqsədi ilə təşkil edilən Mediator Klubunun növbəti, sayca 6-cı görüşü Bakı 18 saylı mediasiya təşkilatı  tərəfindən həyata keçirilmişdir.
Mediasiya Şurasının başladığı ənənənin davamı olaraq Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən sayca 6-cı mediator klubunun bu günkü fəxri qonaqları “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbərliyi və vəkilləri olmuşdur. Korporativ işgüzar münasibətlər çərçivəsində təşkil edilən görüşdə mediasiyada effektiv təmsilçilik, işlərin barışıq sazişi ilə yekunlaşdırılması üçün mövcud maneələr və bu maneələrin həlli istiqamətləri, habelə vəkillərimizin fəaliyyətimizdə narazı qaldıqları hissələr müzakirə olunub və mediasiya xidmətlərinin tətbiqində keyfiyyətli hüquqi yardımın ünvanı olan vəkillər və vəkil büroları ilə əməkdaşlıq imkanlarının vacibliyi qeyd edilib. Mediator Klubu çərçivəsində keçirilən görüşlərin ənənəvi olaraq davamlı şəkildə keçirilməsi planlaşdırılır.

Mediasiya xidmətlərinin həyata keçirilməsində keyfiyyətli hüquqi yardım xidmətləri ilə mediasiya təşkilatlarına və eyni zamanda vətəndaşlara göstərdikləri dəstək üçün vəkillərimizə dərin təşəkkür edir və qeyd edirik ki, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində vəkil və mediatorların əməkdaşlığı son dərəcə zəruri və vacibdir.