Mediator yeni peşə kimi əmək bazarının iştirakçısına çevrilirbackend
Gündəm
592

Mediator yeni peşə kimi əmək bazarının iştirakçısına çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mediator peşəsi ixtisaslaşmış peşə kimi əmək bazarında layiqli yerini tutmağa başlayıb.

Bu barədə Fed.az-a Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirib. N.Adilov qeyd edib ki, mediator peşəsinin bu günkü əmək bazarında rolu və yerinin beynəlxalq təcrübə də öyrənilməklə Qanunvericilik bazası var.

O qeyd edib ki, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib.

Eyni zamanda sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyi fərqləndirilərək, «Mediasiya haqqında» qəbul edilib, eləcə də, Prezident İlham Əliyev tərəfindən imzalanmış Qanunun tələblərinə görə Mediasiya Şurası yaradılıb.

N.Adilovun sözlərinə görə Mediasiya Şurası yarandığı qısa müddətdə həm təşkilati strukturun formalaşdırılması, həm də Mediasiya haqqında Aəzrbaycan Respublikasının Qanununun düzgün tətbiq edilməsi, mediatorların yetişdirilməsi, onların fəaliyyətlərinə dəstək verilməsi sahəsində geniş işlər görülmüşdür.

Ədliyyə Akademiyasında müvafiq kursları bitirən şəxslər Mediasiya Şurasına üzv olub, mediator kimi fəaliyyət göstərdikdən sonra, əlbəttə ki, vergi ödəyicisi, sosial sığorta haqları ödəyicilərinə çevrilirlər və əmək bazarında özlərinə layiqli yer tuturlar.

N.Adilov qeyd edib ki, bu gün ölkə ərazisində Mediasiya Şurasının üzvü olan 285 nəfər  mediatordan 268 nəfər aktiv fəaliyyət göstərir, onlar da digər peşələrin sahibləri kimi əmək bazarı iştirakçılarına çevrilməklə, ixtisaslaşmış peşə olan mediator peşəsini inkişaf etdirirlər. Dövlət qeydiyyatına alınmış 36 mediasiya təşkilatı əlbəttə ki, fəaliyyətə başladıqda mediatorlarla əmək və mülki müqaviləsinin imzalanmasını təmin edirlər.

Bu gün 28 mediasiya təşkilatı mediasiya reyestrinə daxil edilmişdir, digər mediasiya təşkilatlarının da reyesterə daxil edilməsi məsələlərinə yaxın zamanlarda baxılacaq. Bunu deməkdə məqsədim ondan ibarətdir ki, mediasiya təşkilatları bütün ölkə boyu mediatorların məşğulluğunun təmin edilməsində mühüm işlər görür. Həmin təşkilatlar üçün tələblərdən biri də iki mediatorla müqavilə imzalamaq və ərazi üzrə fəaliyyət göstərən istənilən sayda mediatorla müqavilə imzalanmasının təmin edilməsidir.

Eyni zamanda mediasiya təşkilatları öz fəaliyyətlərinə bir neçə əməkdaş, mühasib, ofis əməkdaşları və texniki personal da cəlb edirlər. Bizim hesablamalarımıza görə, bu gün mediatorlar da daxil olmaqla, texniki və ofis işçiləri ilə birlikdə mediasiya peşəsinə görə əmək bazarı iştirakçılarının sayı statistik olaraq 350-400 nəfər arasında dəyişir və aparılan işlər nəticəsində bu rəqəm gələcəkdə daha da artacaq.

Eyni zamanda biz öz faaliyyətimizə sosial işçiləri cəlb etməklə onların sonrakı professional inkişafına da dəstək veririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu sahədə çox sıx və səmərəli əməkdaşlıq edirik. Nazirliyin dəstəyi ilə DOST İş Mərkəzi tərəfindən bizə bu günədək 15 nəfər sosial işçi ayrılmışdır. Bu işçilərin bir neçəsi tərəfimizdən daimi iş yerləri ilə təmin edilmişdir.

N. Adilov qeyd edib ki, bizim fəaliyyətimiz təkcə Mediasiya haqqında Aəzrbaycan Respublikasının Qanunundan deyil, digər Qanunvericilik aktlarından da asılıdır. Məhz bu səbəbdən də Mediasiya Şurası olaraq ölkə ərazisində əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun qarşımıza qoyduğu tələblərə nail olmaq üçün müxtəlif tədbirlər həyata keçiririk. Bu sahədə siyasəti həyata keçirən aidiyyati  qurumla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə və Nazirliyin tabeçiliyində olan Dövlət Məşğulluq Agentliyi, DOST Agentliyi, Əmək Müfəttişliyi, Sosial Xidmətlər Agentliyi ilə çox sıx əlaqələrimiz var və bu əlaqələr əmək bazarında bizim müsbət nəticələrimizə çox ciddi təsir göstərir.

Əlbəttə ki, mediatorların peşəkar kimi hazırlanmasında və onların bu peşəyə vəsiqə almasında Mediasiya Şurasının reyestrinə daxil edilmiş təlim qurumu kimi Ədliyyə Akademiyasının xidmətləri əvəzsiz və danılmazdır. Bu gün keyfiyyətli nəticələri ilə sayılıb seçilən bütün mediatorlar Ədliyyə Akademiyasında müvafiq təlimləri uğurla başa vurduqdan sonra mediator peşəsinə yiyələniblər.