“Məhkəmə-Hüquq Şurasının apardığı kompleks islahatlar açıqlandı”backend
Cəmiyyət
130

“Məhkəmə-Hüquq Şurasının apardığı kompleks islahatlar açıqlandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhkəmə-Hüquq Şurası artıq bütün istiqamətlərdə çoxşaxəli və konstruktiv islahatlar aparmaqdadır”.

“Apress.az” xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.

O qeyd edib ki, islahatlar həm hakimlərin qəbulu, qiymətləndirilməsi, həm də hakimlərin hesabatlılığı, məsuliyyətliliyi və ən önəmlisi hakimlərin müstəqilliyinin təminatı istiqamətində aparılır: “Bunlarla yanaşı, Şura beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi, ədalət mühakiməsinin nüfuzunun artırılması istiqamətində də zəruri addımlar atır”.

Həmçinin məhkəmə fəaliyyətində vətəndaş məmnunluğunu təmin etmək və artırmaq məqsədilə “Vahid Çağrı Mərkəzi”nin yaradıldığı, məhkəmə sistemində institsional və qanunvericilik islahatlarının davamlı olacağı, 2025-ci ilin əvvəli hakimlərin ümumi yığıncağının keçiriləcəyi vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə Məhkəmə-Hüquq Şuranın 20 illiyi və Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısı keçiriləcək.