Məktəblərdə istilik daha tez verilməlidir!backend
Təhsil
234

Məktəblərdə istilik daha tez verilməlidir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istilik mövüsü noyabrın 15-də başlasa da, artıq ölkədə ciddi soyuq hava müşahidə edilir. Bu da istilik təchizatının daha erkən başlaması barədə müzakirələrə səbəb olub.

Apress.az ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda məktəblərdə istiliyin verilməsi üçün 15 noyabr tarixinin gözlənilməsi, mövcud hava şəraiti və sağlamlıq tələbləri ilə uyğun gəlmir.

“1969-cu ildə qəbul olunmuş bu qayda artıq öz dövrünü tamamlayıb və müasir iqlim dəyişikliklərini nəzərə almır. Artıq soyuq havalar daha erkən başlayır, bu isə xüsusilə uşaqların sağlamlığı üçün ciddi risklər yaradır. Bu məsələyə təhsil hüququ aspektindən yanaşdıqda, hər bir şagirdin təhlükəsiz və sağlam təhsil mühitinə sahib olması təməl bir hüquqdur”, – o qeyd edub.

Ekspertin sözlərinə görə, qaydaların dövrə uyğun yenilənməsi, şagirdlərin təhsil şəraitini yaxşılaşdıracaq və onların təhsil mühitini daha təhlükəsiz edəcəkdir.