Metroya daxil olmağa çalışan koronavirus xəstələri saxlanıldıbackend
Cəmiyyət
29

Metroya daxil olmağa çalışan koronavirus xəstələri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.

DİN-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.