Milli Depozit Mərkəzinin (MDM) Avropa bazarında əsas depozitarlar hesab edilən “Euroclear” və “Clearstream”də hovuz hesabı açılması üçün danışıqlara başlanılıb.
Qeyd olunub ki, beynəlxalq depozitarlara üzvlük prosesində tələb olunan əməliyyat həcmləri və bu üzvlük əsasında saxlanılan qiymətli kağızların iqtisadi səmərəliliyi əsas amil kimi qiymətləndirilməlidir.
Məlumatda vurğulanıb ki, xüsusilə Avropa bazarında əsas depozitarlar hesab edilən “Euroclear” və “Clearstream” üzvlüyə qəbul imkanlarını araşdırarkən, yerli bazar iştirakçılarının maraq dərəcəsi və bu depozitarlarda saxlanılması planlaşdırılan qiymətli kağızların həcmi əsas götürülür:
“Bundan əlavə, bu kimi beynəlxalq depozitara üzvlüyə qəbul olunmaq üçün sözgedən qurumun risk idarəetmə siyasəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL\TMM) prosedurları beynəlxalq tələblərə tam uyğun olmalıdır.
// APress.az