Millimiz Avropa çempionatında mübarizəyə başlayırbackend
İdman
492

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayır.

 

APress.az xəbər verir ki, 1949-cu ildən keçirilən bu nüfuzlu turnir ardıcıl ikinci dəfə 24 komandanın iştirakı ilə təşkil olunub. 2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında baş tutacaq. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.

 

Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunlarına Serbiya ev sahibliyi edir. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirəcək. Belqraddakı “Stark Arena”da keçiriləcək görüş yunanıstanlı hakim Aleksandros Milonakisə həvalə olunub. Ona macarıstanlı Aqnes Batkai-Katona kömək edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq. Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər