Moldovada keçirilən referendumun ilkin nəticələribackend
Parlament
300

Moldovada keçirilən referendumun ilkin nəticələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumunun protokollarının 99,05 faizini işləyib.

Apress.az xəbər verir ki, referendum protokollarının ümumi səs sayından 99,05 faizi işləndikdən sonra müəyyən olunub ki, seçicilərin 50,30 faizi respublika Konstitusiya referendumunda “lehinə”, 49,70 faizi isə “əleyhinə” səs verib.

Moldova MSK-ın məlumatına görə, seçkilərdə 1 milyon 546 min 757 seçici iştirak edib ki, bu da seçici siyahılarında qeydə alınmış seçicilərin 51,4 faizini təşkil edir. Onlardan 1 478 958 milyon seçici referendumda bülleten almaq üçün seçici siyahılarında imza atıb ki, bu da 49,81 faiz təşkil edir.

Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinqdə qeyd edib ki, dairə seçki şuralarının protokollarını aldıqdan sonra komissiya seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə hesabat təqdim edəcək, o da öz növbəsində 10 gün müddətində referendumun nəticələrini öz qərarı ilə təsdiq və ya təkzib edəcək.