MTK-ların tələb etdiyi “zibil pulu” qanunidirmi? – HÜQUQİ CAVABbackend
İqtisadiyyat

MTK-ların tələb etdiyi “zibil pulu” qanunidirmi? – HÜQUQİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə təqdim etdiyimiz mövzu zibil pulunun ödənilməsi ilə bağlıdır.

Sual:  MTK-ların tələb etdiyi “zibil pulu” qanunidirmi?

Suala cavab olaraq bildiririk ki, xeyr. Belə ki,Mənzil Məcəlləsinə əsasən MTK binanı tikib mənzilləri  təhvil  verdikdən  sonra idarəetmədən tamamilə çıxmalıdır.

Bunun əvəzinə bina sakinləri bir araya gələrək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar.

 

Bu cəmiyyət  Ədliyyə Nazirliyində  qeydiyyatdan keçdikdən sonra mülkiyyətçilərin hüquqlarını təmsil edir,habelə komendantın nə qədər pul yığmasını və idarəetmə ilə bağlı qərarları qəbul edir.

 

Yığılan məbləğ,əsasən,hər bir mənzilin kvadrat metri ilə mütənasib olaraq mülkiyyətçilər arasında bölüşdürülür.

 

Bu cür cəmiyyət olmayan yaşayış binalarında isə idarəçilik mülkiyyət sahibinin özü tərəfindən həyata keçirilir.

// APress.az