Müxalifətdən COP29-un Azərbaycanda keçirilməsinə DƏSTƏKbackend
Cəmiyyət
200

Müxalifətdən COP29-un Azərbaycanda keçirilməsinə DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün Konfransın 5-ci günüdür.

 

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. COP29 Konfransı çərçivəsində bir sıra məsələlər ətrafında önəmli müzakirələr gedir.

 

Maraqlıdır, Azərbaycan müxalifət partiyaları COP29-la bağlı nə düşünürlər? Müxalifət tərəfindən COP29-un siyasi əhəmiyyəti necə xaraketerizə edilir?

 

Mövzu ilə bağlı  Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, COP29 kimi beynəlxalq səviyyəli BMT tədbirinin Azərbyacanda keçirilməsi ölkəmizin qlobal səviyyədəki imicinin müsbət mənada dəyişməsinə xidmət edir:

 

“Bu da bizim maraqlarımız çərçivəsindədir. Odur ki, burada iqtidar və ya müxalifət olmağın fərqi yoxdur. Azərbaycan maraqlarından söhbət getdiyi yerdə iqtidar və müxalifət anlayışlarının ikinci, üçüncü plana keçirilməsinin tərəfdarıyıq. Belə olan halda COP29-un Azərbaycanda keçirilməsini təbii ki, müsbət qiymətləndiririk. COP29-u Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılması üçün bir fürsət kimi dəyərləndirik. Məlum olduğu kimi, Ermənsitan İkinci Qarabağ Müharibəsindən sonra beynəlxalq aləmdə Azərbaycanın imicini qərəzli şəkildə nüfuzdan salmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Hətta lobbi və diaspor təşkilatlarından istifadə edərək Azərbaycanı dünyada işğalçı, varvar kimi tanıtmağa çalışır və təəssüf ki, bir çox hallarda buna nail olur. COP29 çərçivəsində Azərbaycana 70 min civarında xarici turist, rəsmi şəxslər, jurnalist və QHT nümayəndələri gələcək. Bu fürsətdən istifadə edib Azərbaycan həqiqətlərini onlara çatdırmalıyıq. COP29 kimi beynəlxalq tədbir keçirilir deyə Bakı şəhərində bəzi məhdudiyyətlər yaşanır, müəyyən dəyişikliklər olur. Düşünürəm ki, 5-10 gün buna dözmək olar. Bunun cəmiyyətdə xüsusi ajiotaj və problem yaradacağına inanmıram”.

Partiya sədri iqlim dəyişiklikləri ilə bağlı mövqeyini isə belə açıqlayıb:

 

“İqlim dəyişikliyinə neqativ təsir edən ölkələrin hamısının böyük dövlətlər olması maraqlı faktdır. Onlar bu gün COP29-da aparıcı tərəf kimi çıxış edirlər. Düşünürəm ki, hər ölkə öz öhdəliyini yerinə yetirsə, daha yaxşı olar. COP29-a iqlim dəyişikliklərinin həlli kimi yox, daha çox siyasi aksiya kimi baxıram. Azərbaycanı da bu siyasi prosesdən yararlanmağa çalışmağa çağırıram. İqlim dəyişikliklərinin qarşısını belə tədbirlərin alacağına onsuz da inanmıram. Çünki iqtisadi maraqlar hər şeydən üstün gəlir. Bu günə qədərki müşahidələrimiz göstərir ki, böyük dövlətlərin iqtisadi maraqlarının iqlimdən də, demokratiyadan da, insanların azadlığından da öndə gəlir. COP29-u Azərbaycanın maraqlarına xidmət edə biləcək siyasi aksiya kimi görürüəm. Bundan maksimum yararlanmağı məqəsəduyğun hesab edirəm”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli söyləyib ki, Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməsi təqdir olunmalıdır:

 

“Bu müasir dünyada dövlətin nüfuzunu, əlaqələrini, beynəlxalq münasibətlərdə iştirak səviyyəsini stimullaşdırır. Eyni zamanda bu ölkəmizin təqdimatı da sayıla bilər. Biz, təbii ki, bütün yaxşı cəhətlərimizi nümayiş etdirməyə calışırıq, dəyərlərimizi, fərqliliyimizi, təşkilatçılıq qabiliyyətimizi, qonaqpərvərliyimizi göstəririk. Eyni zamanda istəməsək də, digər mənfi çalarlarımız da qonaqların diqqətini cəlb edir. Bunun da müsbət tərəfləri var. Çünki hər növbəti tədbirə kimi bu cür çatışmazlıqları da müəyyən qədər hökumət aradan qaldırmağa, islahatlar aparmağa səy göstərir”.