Nazir məktəb direktorlarına tapşırıqlar verdibackend
Təhsil
154

Nazir məktəb direktorlarına tapşırıqlar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Bu barədə Apress.az-a idarədən məlumat verilib.

Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, BŞTİ-nin müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.

Nazir təhsil sahəsində aparılan islahatlardan, bu il qazanılan uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir, bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib.