Nazir müavini Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzindəbackend
Təhsil
232

Nazir müavini Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonuna səfəri çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüb.

“Apress.az” xəbər verir ki, Kənan Kərimzadə Mərkəzə infoturların təşkil olunması, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, hazırlanan və ya istehsal olunan məhsulların satış bazarlarına çıxışının təmin edilməsi üzrə tövsiyələrini verib, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.

Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edir.