Ədliyyə naziri Fərid Əhmədov Nazirliyin Mətbuat xidmətinə rəis təyin edib.
Apress.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.
O, bu ilin iyun ayında Mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.
Xatırladaq ki, idarə səlahiyyətində olan Mətbuat xidmətinin adı İnsan hüquqları və kommunikasiya idarəsi olub və bura Aynur Sabitova rəhbərlik edib.