Nazirlərin vətəndaş qəbulunda deputatlar da iştirak etsin! – TƏKLİFbackend
Cəmiyyət
278

Nazirlərin vətəndaş qəbulunda deputatlar da iştirak etsin! – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vətəndaşların problemlərinin dinlənilməsi və onların həll edilməsi üçün mütəmadi olaraq nazirlər, komitə rəhbərləri, rəsilərlə görüşlər təşkil edilir. Məmurların qəbul cədvəli hər ay rəsmi mətbuatda açıqlanır.

Məmurların vətəndaşlarla görüşlərinin daha səmərəli olması üçün qəbullarda deputatların da iştirak etməsi təklif olunur.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, vətəndaşlara xidmət, onların rahatlığını, təhlükəsizliyini qorumaq, tələb və təkliflərini yerinə yetirmək, bu sahədə lazımi tədbirlər görmək dövlətin, eləcə də hər bir vəzifəli şəxsin vəzifəsidir:

“Əlbəttə, ümumi məqsədlər uğrunda birləşmək və daha səmərəli tədbirlər görmək vacibdir. Ancaq nazirlər, icraedici orqanın nümayəndələri, səlahiyyətli şəxsləri olduqları üçün onların qəbulları ayrı-ayrı formalarda keçirilir. Sözsüz ki, bu da icra üçün imkanlar yaradır. Deputatlar qanunvericilik orqanının nümayəndələri, xalq tərəfindən seçilən şəxlərdir. Sözsüz ki, onlar da vətəndaşlarla sıx təmasdadırlar. İstər qəbullar, istər görüşlər, istərsə də ayrı-ayrı söhbətlər onların tələb və təkliflərinin həyata keçirilməsinə yönəlib”

Komitə sədri vurğulayıb ki, birgə fəaliyyətin tənzimlənməsi heç də səmərəsiz olmaz:

“Ancaq elə tədbirlər, böyük müşavirələr var ki orada icra orqanları da, qanunvericilik və məhkəmə orqanları bir yerdə toplaşıb, dövlət əhəmiyyətli qərarlar qəbul edə bilərlər. Bizim hər bir görüşümüz, hər bir qəbulumuz insanların rahatlığına onların tələblərinin yerinə yetirilməsinə yönəldilməlidir. Ona görə də ümumi tədbirlərin keçirilməsi daha aktual məsələlərin həll olunması, birgə fəaliyyətin tənzimlənməsi heç də səmərəsiz deyil”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, zaman-zaman parlament üzvləri, nazirlər, xidmət rəislərinin birlikdə görüş keçirməsinin tərəfdarıdır:

“Deputatların nazirlik və xidmət rəisləri ilə birlikdə qəbul keçirmək təşəbbüsünə normal baxıram. Hesab edirəm ki, vaxtaşırı belə qəbullar keçirmək olar. Amma bizim qəbullarımızı hökumət üzvləri ilə birgə bağlanmağının da tərəfdarı deyiləm. Şübhəsizdir ki, hansısa böyük sahə rəisi qəbul keçirəndə bir qayda olaraq onun sahəsi üzrə müraciətlər olur. Deputatlara isə bütün, bəzən ailə məsələləri üzrə müraciətlər olur. Ona görə də mən zaman-zaman parlament üzvləri nazirlər, xidmət rəislərinin birlikdə görüş keçirməsinin tərəfdarıyam”.

A.Mirzəzadə qeyd edib ki, bununla yanaşı deputatların ayrıca qəbul günləri keçirməsini məqsədəuyğun hesab edir:

“Ötən şənbə mən Mingəçevirdə qəbul keçirdim. 36 nəfər qəbula yazılmışdı. Demək olar ki, bütün sahələrlə bağlı müraciətlər vardı. Bunların hər biri üzrə söhbət apardıq, kömək etdik və məsələhətlər verdik. Vətəndaşlarla iş istənilən rəsmi şəxs, eləcə də seçici etimadını qazanmış deputatlar üçün vacibdir”.