Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2025-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.
Apress.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:
Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
| Sıra
№ |
Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar | Texniki baxışın keçirilmə vaxtı |
| 1. | Şimal regionu üzrə | Fevral ayı ərzində |
| 2. | Muğan regionu üzrə | Mart ayı ərzində |
| 3. | Cənub regionu üzrə | Aprel ayı əzində |
| 4. | Daxili su hövzələri üzrə | Oktyabr ayı ərzində |
| 5. | Bakı şəhəri və Abşeron rayonu üzrə | |
| 5.1 | Ələt-Bibiheybət istiqamətində | Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
| 5.2 | Zığ-Pirallahı istiqamətində | Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
| 5.3 | Şüvəlan-Nardaran istiqamətində | Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
| 5.4 | Görədil-Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi istiqamətində | Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |

