Əmtəə bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.
APress.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,68 artaraq 1 barelə görə 68,36 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,71 artaraq 64,90 dollar təşkil edib.