Neft qiymətlərindəki artım Azərbaycanın büdcə gəlirlərinə necə təsir edəcək? – AÇIQLAMAbackend
Gündəm
517

Neft qiymətlərindəki artım Azərbaycanın büdcə gəlirlərinə necə təsir edəcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayı neft və qaz ölkələri üçün uğurlu keçib desək yəqin ki, yanılmarıq. Belə ki, ötən ay qiymətlərin 70 dollaradək bahalaşmasının şahidi olduq. Bəs görəsən neftin qiymətində müşahidə olunan artım tendensiyası Azərbaycanın büdcə gəlirlərinə necə təsir edir?

Mövzu ilə bağlı APress.az saytının suallarını iqtisadçı Natiq Cəfərli cavablayıb.

İqtisadçı bildirib ki, neft gəlirləri birbaşa olaraq büdcəyə transfert olunmur: “Neftdən əldə olunan gəlirlər ilkin olaraq büdcəyə deyil, Neft Fonduna transfert olunur. Lakin istənilən halda qiymətlər nə qədər yüksək olarsa Azərbayan üçün bir o qədər xeyirdir. Çünki ölkəyə daxil olan valyutanın həcmi artır. Bu da ümumi makro-iqtisadi göstəricilərimizə müsbət təsir etməklə yanaşı valyuta ehtiyatlarımızı artırır.

İqtisadçı qeyd edib ki, bu il Neft Fondundan büdcəyə nə qədər transfert olunacağı artıq bəllidir: “Neftin qiyməti yüksəldikcə neft şirkətlərinin, o cümlədən SOCAR-ın da gəlirlərin artır. Bu il neft sektorundan 1,5 milyard manata yaxın vergi daxilolmaları gözlənilir. Ola bilsin ki, bu göstərici qiymətlərin artması fonunda bir qədər də yüksəlsin. Bundan başqa Neft Fondunun təsdiq olunmuş büdcəsində gəlirlər 40 dollardan hesablanıb. Qiymətlər nə qədər yüksək olarsa Fondun gəlirləri də bir o qədər çox olacaq. Azərbayan gündəlik 450-500 min barrelədək neft ixrac edir. Yəni neftin qiymətinin 2 dollar bahalaşması gündəlik olaraq 1 milyon dollar əlavə vəsaitin daxil olması deməkdir. Əgər qiymətlər indiki səviyədə qalarsa ilin sonunda Fondun büdcəsində böyük həcmdə profisit yarana bilər.