Neftçalanın icra başçısı səyyar görüş keçirdi – Fotolarbackend
Cəmiyyət
232

Neftçalanın icra başçısı səyyar görüş keçirdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Dördlər kənd sakinləri ilə səyyar görüş keçirib. 

“Apress.az” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək Dördlər kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Yaşıl dünyamızı birlikdə qoruyaq” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə daha çox diqqət yetirilməsindən, ətraf mühitin mühafizəsi, insanların saf təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi istiqamətində aparılan sosial-iqtisadi siyasətin prioritetlər haqqında məlumat veriblər.

M. Seyidov bildirib ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmizin bütün ərazilərində olduğu kimi Neftçala rayonunun müxtəlif ərazilərində ağacəkmə aksiyalarının keçirilməsi, yeni parkların, yaşıllıqların salınması ətraf mühitin qorunmasına göstərilən dövlət qayğısının əyani nümunəsidir.

RİH-in başçısı möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Ölkə başçısı Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, İcmanın hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

RİH-in başçısı rayonda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar Dördlər kəndi ərazisində bulaqların quraşdırılması, kənddaxili yolun təmir olunması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Bildirilib ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.