“Neftçi” “Makkabi”yə qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İsrailə yola düşüb.
Sfera.az-ın məlumatına görə, komanda səfərə tam heyətlə yollanıb.
“Ağ-qaralar”ın heyətində cəzalı Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı Hayfadakı matçda meydanda çıxmayacaq.
Qeyd edək ki, avqustun 26-da “Sami Offir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada heç-heçə qeydə alınıb – 3:3.