Neftin qiymətini artıran SƏBƏBLƏRbackend
İqtisadiyyat
297

Neftin qiymətini artıran SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbayan iqtisadiyyatının ən əhəmiyyətli hissəsini neft və neft gəlirləri təşkil edir. Düzdür, son illər ərzində  neftdən asılılığın aradan qaldırılması üçün ciddi addımlar atılır. Lakin bütün hallarda Azərbaycanın gəlirlərinin böyük qismi neft ixraatından əldə olunur. Bunun nəticəsidir ki, qiymətlərdə kiçik bir dalğalanma belə Azərbaycanın gəlirlərinə ciddi təsir edir.

Pandemiya dövründə neftə olan tələbatın kəskin azalması bazarda ciddi təlatümə səbəb oldu. Ötən ilin aprel ayında qiymətlərin hətta 10 dollaradək ucuzlaşmasının şahidi olduq. Son aylar ərzində qiymətlərə baxsaq müsbət dinamikanın şahid olarıq. Belə ki, neft qiymətləri artıq 70 dollardan bahadır. Bəs görəsən bu bahalaşma nə qədər davam edə bilər?

Mövzu ilə bağlı APress.az-ın suallarını iqtisadçı Pərviz Heydərov cavabalayıb. İqtisadçı bildirib ki, neftin qiyməti haqda uzun müddətli proqnoz irəli sürmək bir qədər çətindir: “Çünki neft bazarı dəyişkən xarakterlidir. Qiymətlərə həm siyasi, həm də iqtisadi amillər təsir edə bilir. Hazırda dünya bazarıında neftin qiymətinin qalxmasının əsas səbəbi pandemiyanın artıq yavaş-yavaş aradan qalxması ilə bağlıdır. İqtisadi aktivliyin bərpası fonunda qiymətlər yenidən yüksəlməyə başlayıb. Hər bir ölkənin iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıtmağa başlayır. Sərt karantin tədbirləri ləğv edilir və ölkələr arasında avia-reyslər bərpa olunmağa başlayıb. Ölkələrarası yük və sərnişin daşıma yavaş-yavaş bərpa olunmağa başlayır”.

P.Heydərov qeyd edib ki, bütün bu proseslərin fonunda qiymətlərdə artım müşhidə olunub: “Digər bir səbəb isə ABŞ-da neft ehtiyatlarının azalmasıdır. Bu yaxınlarda ABŞ-ın yanacaq və energetika nazirliyi neft ehtiyatlarının azalaması ilə bağlı məlumat verdi. Bundan sonra dünya bazarlarında dərhal qiymətlər bahalaşmağa başladı. Artıq yay mövsümüdür. Turizm sektoru bərpa olunarsa və iqtisadi fəallıq daha da artarsa yay aylarında neftin qiyməti 70 dollardan yüksək olacaq. Amma uzun müddətli dövr üçün proqnoz vermək mümkün deyil”.