“Nizami Gəncəvi irsi və gənclik” adlı kitab nəşr olundubackend
Cəmiyyət
312

“Nizami Gəncəvi irsi və gənclik” adlı kitab nəşr olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi “Nizami Gəncəvi irsi və gənclik” adlı layihə çərçivəsində “Nizami Gəncəvi irsi və gənclik” adlı kitab çap olunub.

Kitabda yeni nəsil araşdırmaçıların və yazarların böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələri yer alıb. “Mücrü” nəşriyyatında çap olunmuş “Nizami Gəncəvi irsi və gənclik” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva, eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, lahiyə rəhbəri İntiqam Yaşar, tərtibatçı-dizayneri isə DGTYB-nin idarə heyəti üzvü Sərvər Kamranlıdır. Kitabın Bakı şəhərində və regionlarda təqdimat tədbirləri təşkil olunacaq.