Ötən ay gündəlik ərzaq xərcimiz 80 milyon olubbackend
Maliyyə

Ötən ay gündəlik ərzaq xərcimiz 80 milyon olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 2,4 milyard manatlıq – gündəlik 80 milyon manatlıq ərzaq malları satılıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 165 milyon manat yaxud da 7,4% çoxdur. Belə ki, ötən ilin yanvarında əhalinin ərzağa çəkdiyi xərcin həcmi 2,24 milyard manat təşkil edib.

Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artıb.

Alıcıların aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

// APress.az