Ötən il ölkəmizə 2,1 milyard dollarlıq nüvə reaktoru gətirilibbackend
İqtisadiyyat

Ötən il ölkəmizə 2,1 milyard dollarlıq nüvə reaktoru gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycana 2,1 milyard ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, eləcə də, onların hissələri idxal olunub.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 244,6 milyon ABŞ dolları və ya 12,8% çoxdur.

Dövr ərzində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, eləcə də, onların hissələrinin idxalı ölkənin ümumi idxalında 10,24% paya malik olub.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə üç dəfə azdır.

// APress.az