Ötən il Bakıda ticarət dövriyyəsinin həcmi 37 milyard 756,2 milyon manat olub.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 4,6 faiz və ya 2 milyard 183,3 milyon manat çoxdur. 2023-cü ildə Bakıda ticarət dövriyyəsinin həcmi 35 milyard 572,9 milyon manat idi.
Ötən il Bakıda ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq, 21 milyard 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq, 16 milyard 416,8 milyon manata bərabər olub.
İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən, 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyriərzaq malları üzrə 6,3 faiz artıb.
// APress.az