Pakistan Əfqanıstanda “Taliban” qruplaşmasının hakimiyyətini tanıya bilər.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn danışıb.
Onun sözlərinə görə, bunun Pakistanın region ölkələri və dünya gücləri ilə konsultasiyasından sonra baş tutmaq ehtimalı var.
“Pakistanın Əfqanıstanla mövqeyi əvvəlcədən aydındır və bu mövqe dəyişməyib. Biz “Taliban”dan qanunun aliliyinə və əsas insan haqlarına hörmət etməyi gözləyirik”, – deyə nazir əlavə edib