Palata bu dövlət qurumunda yoxlama apardı: pozuntular aşkarlandı – ÖZƏLbackend
Cəmiyyət
191

Palata bu dövlət qurumunda yoxlama apardı: pozuntular aşkarlandı – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası daha bir dövlət qurumunda yoxlama (nəzarəti tədbiri) aparıb.

Apress.az-ın əldə etdiyi məlumata görə, Palatanın əməkdaşları bir neçə gün əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olublar.

Məlumata görə, Palata yoxlamaların nəticələrini analiz edir. Qurumda ciddi maliyyə pozuntularının aşkarlandığı bildirilir. Yaxın günlərdə bu barədə yekun rəyin dərc edilməsi gözlənilir.

Məsələ ilə bağlı ANAMA ilə əlaqə saxladıq.

Qurumdan sorğumuza cavab olaraq yoxlamanın keçirildiyi təsdiqlənib. Bildirilib ki, yoxlamanın yekun rəyi hələlik hazır deyil.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il tarixli sərəncamı iləagentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.

Agentliyin əsas vəzifəsi ölkə ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədi ilə minatəmizləmə fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinin həyata keçirilməsidir.