“Ermənistan Dağlıq Qarabağ müharibəsi zamanı 3773 hərbçisini itirib, 243 nəfər isə itkin düşüb”.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu günki iclasında deyib.
Paşinyan bunula yanaşı, 243 nəfərin taleyi naməlum olaraq qaldığını və “məhbuslar”ın bir hissəsi hələ də ölkəyə qayıtmadığını çıxışında qeyd edib.