Paytaxtda gələcəyin proqramçılarını yetişdirən məktəbin açılışı olub – FOTOLARbackend
İkt
999

Paytaxtda gələcəyin proqramçılarını yetişdirən məktəbin açılışı olub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Maestro School” proqramlaşdırma məktəbinin açılışı olub.

Açılış tədbirini giriş sözü ilə açan məktəbin təsisçisi Mədinə Paşayeva qonaqları salamlayaraq “Maestro School” barədə qısa məlumat verib: “Mərkəzimiz 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün proqramlaşdırma məktəbi olaraq yaradılıb. “Maestro School”un ərsəyə gəlməsində əsas məqsəd məktəbliləri, gəncləri keyfiyyətli İT təhsil ilə təmin etməkdir. Məktəbin əsas istiqaməti full stack proqramçıların formalaşmasına yönəlib. İnkişaf edən IT sahəsinə aid ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası Maestro School-un əsas üstün cəhətlərini təşkil edir”.

Tədbirdə millət vəkili Etibar Əliyev, təhsil eksperti Kamran Əsədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası rəhbəri Səkinə Babayeva, 45 saylı məktəbin direktoru Nəcibə Axundova, KOBİA təmsilçiləri və digər ziyalılar, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər.

Onların hər biri çıxışları zamanı bildiriblər ki, müasir dövrün tələblərinə uyğun olaraq bu kimi məktəblərin açılması gələcək nəsillərin yeni texnologiyalarla bağlı biliyini təkmilləşdirəcək. Bu isə qloballaşan dünyanın yeniliklərinə Azərbaycan gənclərinin asanlıqla inteqrasiyasını təmin edəcək.

Qeyd edək ki, mərkəzdə Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, Wix, Scratch, UI& UX Dizayn, Programming uşaqlar üçün, Programming yeniyetmələr üçün, Kiber təhlükəsizlik, Data Science proqramları tədris olunacaq.

“Maestro School”un missiyası gənc nəslin dünyaya innovasiyalar gətirməsi üçün onların bilik və bacarıqlarını inkişaf etdirməsinə təkan verməkdir. Bundan başqa, “Maestro School” həmçinin Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində məktəblilər üçün birinci yerdə olmağı hədəf seçib.