Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm.
Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 10 mindən çoxdur.
“2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 270 ailəyə çatacaq. Bu o deməkdir, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq. Gələn ilin sonunadək isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşması gözlənilir”, – deyə deputat qeyd edib.
// APress.az