Rəşt-Astara dəmir yolunun həyata keçirilməsi İran və Rusiya arasında imzalanmış sazişlərin prioritetlərindən biridir.
Apress.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Rusiya baş nazirinin müavini Vitali Savelev ilə görüşündə bildirib.

“İran həmin sazişin müddəalarına sadiqdir və Rusiya tərəfi ən qısa zamanda marşrutun planlaşdırılmasına başlaya və layihənin həyata keçirilməsinə hazırlaşa bilər. Biz magistralın torpaq sahəsini alacağıq və göstərilən müddət ərzində sənədləri və öhdəlikləri təqdim edəcəyik”, – deyə İran prezidenti açıqlayıb.
Rusiya baş nazirinin müavini görüşdə Putinin salamlarını İran prezidentinə çatdıraraq, onu 2025-ci ildə İrana səfərə dəvət edib: “Rusiya tərəfi lazımi kredit xəttini təmin edib və Şimal-Cənub dəhlizi məsələsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, İranla həmin sazişi həyata keçirmək istəyir. Biz həmin sazişin həyata keçirilməsini istəyirik”.
O qeyd edib ki, Rusiya hökuməti bu sazişin icra prosesini sürətləndirmək istəyir və açıq şəkildə bildirib ki, Rusiya və Azərbaycan həmin dəmir yolu xəttinin Azərbaycan ərazisində yerləşən bir hissəsinin modernləşdirilməsi və yenilənməsi barədə razılığa gəliblər.