Polşada prezident seçkiləri mayın 18-də keçiriləcək.
“Apress.az” xəbər verir ki, bu barədə Polşa parlamentinin spikeri Şimon Holovniya məlumat verib.
“Mən Polşada prezident seçkilərində səsvermənin mayın 18-də keçiriləcəyinə qərar vermişəm”, – Holovniya mətbuat konfransında deyib.
O bildirib ki, seçicilərdən kimsə səslərin 50 faizini toplamadığı tədqdirdə seçkilərin ikinci turu iyunun 1-də keçiriləcək.