Dünyanın ən iri PR agentlikləri tərəfindən bu sahədə çalışan mütəxəssislərin baxması üçün vaxtaşırı müxtəlif filmlər tövsiyyə olunur. Onlar arasında ən çox məsləhət görülmüş 10 ekran işi məqalədə təqdim olunur.
Filmlərin ingiliscə adları ilə yanaşı rus dilindəki ad variantları da qeyd olunub.
1. “The Candidate” – “Кандидат” (1972)
IMDB reytinqi: 7.1
Rejissor: Michael Ritchie
Rollarda: Robert Redford, Peter Boyle, Melvyn Douglas
ABŞ-da seçkilər zamanı Bill McKay adlı gənc siyasətçinin apardığı kampaniyadan bəhs edir.
2. “Crazy People” – “Психованные” (1990)
IMDB reytinqi: 5.9
Rejissor: Tony Bill, Barry L. Young
Rollarda: Dudley Moore, Daryl Hannah, Paul Reiser
Uğurlu lakin, bir o qədər də tərs olan mətn yazarı (copy writer) Emori Lison depresiyaya düşür və rəhbəri tərəfindən klinikaya yerləşdirilir. Səmimi yanaşaraq yazdığı bir reklam mətninin yayımlanması ilə hadisələr komik məcrəda davam etməyə başlayır.
3. “Glengarry Glen Ross” – “Гленгарри Глен Росс” (Американцы) (1992)
IMDB reytinqi: 7.8
Rejissor: James Foley
Rollarda: Al Pacino, Jack Lemmon, Alec Baldwin, Kevin Spacey, Alan Arkin, Ed Harris
Xüsusilə daşınmaz əmlak sektorunda çalışanlar üçün tövsiyyə olunur. Film bu sahədəki rəqabət v marketoloqlar arasındakı intriqalardan bəhs edir.
4. “Boomerang” – “Бумеранг” (1992)
IMDB reytinqi: 5.5
Yönetmen: Reginald Hudlin
Oyuncular: Eddie Murphy, Robin Givens, Halle Berry
Reklam sahəsinin ən parlaq nümayəndələrindən olan Markus Qraham ova gedərkən ovlanır.
5. “Renaissance Man” – “Человек эпохи Возрождения” (1994)
IMDB reytinqi: 6.2
Rejissor: Penny Marshall
Rollarda: Danny DeVito, Gregory Hines, James Remar
Bill Rago Detroitdəki reklamçılıq işindən uzaqlaşıb işədüzəltmə agentliyinin təklif etdiyi yeganə işə “hə” deməli olur. Hərbi məktəbdə ingilis dili müəllimi kimi işləməyə başlayan Bill tələbələrinə fərqli düşüncə, açıq fikirlilik aşılamağa çalışır. Ordu nümayəndələri tərəfindən rəğbət göstərilməsə də yeni müəllimlə tələbələri arasında gözəl münasibət qurulur.
6. “Wag the Dog” – “Полтовство” (1997)
IMDB reytinqi: 7.1
Rejissor: Barry Levinson
Rollarda: Dustin Hoffman, Robert De Niro, Anne Heche
Seçki öncəsi adı bir seks qalmaqalına qarışan ABŞ prezidenti diqqəti başqa yönə çəkmək üçün reklam mütəxəssisi və “Hollywood” rejissorunun köməyi ilə Albaniyada müharibə təşkil edir.
7. “Primary Colors” – “Основные цвета” (1998)
IMDB reytinqi: 6.7
Rejissor: Mike Nichols
Rollarda: John Travolta, Emma Thompson, Kathy Bates
PR konsultantların siyasi sferada namizədlərə yol göstərmələri haqqında danışan başqa bir film. Mediadakı ört-basdırlar, qarayaxmalar, kommunikasiya böhranları kimi situasiyaları ələ alaraq çəkilmiş öyrədici komediyadır.
8. “People I Know” – “Нужные люди”(2002)
IMDB reytinqi: 5.5
Rejissor: Daniel Algrant
Rollarda: Al Pacino, Téa Leoni, Ryan O’Neal
Eli Wurman məşhurların ictimai rəydəki imicləri üzərində işləyən bir PR mütəxəssisdir. O, qəfil bir dəhşətli qurama hadisənin içinə düşür.
9. “Smoking Room” – “Смокинг” (2002)
IMDB reytinqi: 6.5
Rejissor: Roger Gual, Julio D. Wallovits
Rollarda: Miguel Angel Gonzalez, Francesc Orella, Francesc Garrido
Bir ABŞ şirkəti İspaniyadakı filialında siqaret çəkilməsini qadağan edir. Əməkdaşlar iş saatlarında siqaret çəkmək üçün küçəyə çıxmalı olur. İşçilərdən biri – Ramirez ofisdə istifadəolunmayan otaqlardan birini siaret çəkmək üçün ayrılması imza kampaniyası başladır.
10. “Thank You For Smoking” – “Здесь курят” (2005)
IMDB reytinqi: 7.6
Rejissor: Jason Reitman
Rollarda: Aaron Eckhart, Cameron Bright, Maria Bello
İri tütün firmaları üçün lobbiçilik işlərini görən Nick Naylor Beynəlxalq Səhiyyə Təşkilatı və tütün əleyhinə olan digər qurumlar, kampaniyalara qarşı tütün məhsullarını müdafiə etməyə çalışır.
11. The Devil Wears Prada – Дьявол носит прада (2006)
IMDB reytinqi: 6.9
Rejissor: Jamie Bradshaw, Aleksandr Dulerayn
Rollarda: Leelee Sobieski , Max von Sydow , Ed Stoppard , Ingeborga Dapkunaite , Atanas Srebrev
Nyu York moda dünyasında 0 bədənli ecazkar xanımlar arasındaykən saçınızın pis görsəndiyi bir gün iş həyatınızın sonu ola bilər. Bu cəhənnəmin mərkəzində yer alan “Runway” jurnalınıın kraliçası özünə asistent axtarır. Sadə Nyu Yorklu qız bu vəzifə üçün yaxın görünür… Çox yazmayım bu barədə, son olaraq filmin adında belə marketing addımı atıldığına diqqət yetirməyinizi istəyirəm.
12. “The Queen” – “Королева” (2006)
IMDB reytinqi: 7.4
Rejissor: Stephen Frears
Rollarda: Helen Mirren, Michael Sheen, James Cromwell
Film Şahzadə Diananın müəmmalı və gözlənilməz ölümü ilə kral ailəsinin yaşadığı çətinliklər, xalqın ailəyə göstərdiyi reaksiya, Toni Bleyerin məsələyə qarışması və kraliça ilə görüşərək xalqın qəzəbini sakitləşdirmək üçün aparılan işlərdən bəhs edir.
13. “99 Francs” – “99 франков” (2007)
IMDB reytini: 7
Rejissor: Jan Kounen
Rollarda: Jean Dujardin, Jocelyn Quivrin, Patrick Mille
Nüfuzlu bir reklam agentliyinin Kreativ şöbəsində işləyən Octave müştərilərindən və müdirindən bezir. Hər kəsə dərs vermək istəyən reklamçı sektorda ağılagəlməz işlər etməyə başlayır.
14. “Frost/Nixon” – “Фрост против Никсона” (2008)
IMDB reytinqi: 7.7
Rejissor: Ron Howard
Rollarda: Frank Langella, Michael Sheen, Kevin Bacon
İngilis jurnalist Deyvid Frostun baş nazir Niksondan 1977-ci ildə aldığı bir müsahibə və bu görüşün arxa planı barədə sənədli film. “Uotorqeyt qalmaqalı”ndan sonra çökən siyasi sükut dövründə yaşanan hadisələrə işıq salır.
15. “The Joneses” – “Семейка Джонсов” (2009)
IMDB reytinqi: 6.4
Rejissor: Derrick Borte
Rollarda: Demi Moore, David Duchovny, Amber Heard
İlk baxışda Consonlar “xalqın uşağı” nümunəsinə uyğun ailə kimi görünür. Lakin əslində onların həyat tərzi ilə məhəllələrdə lüks istehlak məhsullarının istifadəsini yaymağa hədəflənən marketinq strategiyasıdır.
16. “The Ides of March” – “Мартовские иды” (2011)
IMDB reytinqi: 7.2
Rejissor: George Clooney
Rollarda: Paul Giamatti, Geurge Clooney, Philip Seymour
İdealist Stefen Meyes seçkilər zamanı dəstəklədiyi Demokratlar partiyasının PR kampaniyasını aparmaq üçün işə başlayır. Bu müddət ərzində o, siyasətçilərin nə qədər saxtakarlıqlar edə biləcəyinin şahidi olur.
17. “MoneyBall” – “Человек, который изменил всё” (2011)
IMDB reytinqi: 7.6
Rejissor: Bennett Miller
Rollarda: Brad Pitt, Robin Wright, Jonah Hill
İlk baxışdan idman sahəsi ilə bağlı film kimi görünsə də qalib gəlinə bilməyən anlara fərqli bucaqlardan baxmağın necə fayda verə biləcəyini göstərir. Statistika və datanın vacibliyi, büdcə planlaması, yaradıcı düşüncə, iş bölgüsünün effektivliyini incəliklə izah edir.
18. “Branded “- “Москва 2017” (2012)
IMDB reytinqi: 4.7
Rejissor: Jamie Bradshaw, Aleksandr Dulerayn
Rollarda: Leelee Sobieski , Max von Sydow , Ed Stoppard , Ingeborga Dapkunaite , Atanas Srebrev
Film siyahılardakılardan əks mövzuda olması ilə seçilir. Burada marketinq, reklam və PR-ın güclənməsinin – cəmiyyətin markalaşmaya hədsiz aludə olmasına səbəb ola biləcəyivə onun yarada biləcəyi problemlər göstərilməyə çalışılıb.
19. “Jobs” – “Джобс: Империя соблазна” (2013)
IMDB reytinqi: 5.9
Rejissor: Joshua Michael Stern
Rollarda: Ashton Kutcher, Dermot Mulroney, Josh Gad
“Apple”şirkətinin quruluşu və onun “memarı” Stiv Cobs barədə bioqrafik bir filmdir.
20. “The Post” – “Секретное досье” (2017)
IMDB reytinqi: 7.2
Rejissor: Steven Spielberg
Rollarda: Meryl Streep, Tom Hanks, Sarah Paulson
Nəhəng ABŞ nəşrləri “Whashington Post” və “New York Times” 30 il müdətinə gizli saxlana bilmiş faktı ictimailəşdirmək üçün rəqabət aparır. Bütün dünyanın həqiqəti bilməsi üçün jurnalistər azadlıqlarını və karyeralarını risk altına qoyur. Söz azadlığı savaşında qalib gəlmək üçün media birləşməyə qərar verir.
Vüqar Baba