Prezident deputatın 35 yaşlı oğlunu təltif etdibackend
Cəmiyyət
860

Prezident deputatın 35 yaşlı oğlunu təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni ilə, 19 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Hokm.az məlumat verir ki, təltif olunanlar arasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlanları Cəmil Rüstəmxanlı da var. Belə ki, C.Rüstəmxanlı Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Cəmil Rüstəmxanlının 35 yaşı var. Avtomobil Yolları Dövlət Agentliyində baş idarə rəisi vəzifəsini daşıyır. Agentliyə gələnə qədər isə Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. Eyni zamanda “Azəryol” voleybol klubunun prezidentidir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı ilə ailə həyatı qurub.

Aliyə Dadaşova

Hokm.az