Prezident Ursula fon der Lyayeni təbrik etdibackend
Cəmiyyət
336

Prezident Ursula fon der Lyayeni təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb.

Apress.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.

Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm”.