“Qarabağ” futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Apress.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda “Qəbələ” ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. 7-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 90+1-ci dəqiqədə Murad Musayev avtoqol müəllifi olub.
“Köhlən atlar” növbəti raundda “Səbail”lə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün “Səbail”, “Araz-Naxçıvan” və “Sabah” 1/4 finala vəsiqə qazanıblar.