Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıbbackend
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 yanvar 2025-ci il tarixinə işğaldan azad olunmuş ərazilərdə 100 039 sahibkarlıq subyekti qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, bir il əvvəlki göstəricini (93 937) 6,5 faiz üstələyir.

Cari ilin əvvəlinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 4 866 mikro, 248 kiçik, 110 orta, 16 iri sahibkarlıq subyekti və 94 799 fərdi sahibkar fəaliyyət göstərir.

Sahibkarlıq subyektləri üzrə göstəricilər:

Mikro sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 3 984 (+7,3 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 882 (+22 faiz)

Kiçik sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu– 197 (+8,24 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 51 (+15,9 faiz)

Orta sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 87 (+22,5 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 23 (+2,3 dəfə)

İri sahibkarlıq subyektləri:

Qarabağ iqtisadi rayonu – 11 (+83 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 5 (+5 dəfə)

Fərdi sahibkarlar:

Qarabağ iqtisadi rayonu – 88 505 (+5 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu – 6 294 (+28,5 faiz)

// APress.az