Şənbə və bazar günlərində 830 301 sərnişin metrodan istifadə edib.
Bildirilib ki, havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şənbə günü Bakı metrosunda sərnişin axını 417 868 sərnişin, bazar günü isə 412 433 sərnişin olub.
Həmçinin, bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib. Qatarların hərəkətində heç bir yubanma baş verməyib.
“Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edir”, deyə məlumatda deyilir.
// APress.az