Qazaxıstan bu il Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini artıracaqbackend
İqtisadiyyat

Qazaxıstan bu il Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 2025-ci ildə 1,7 milyon tona qədər artırmağı planlaşdırır.

“KazMunayqaz” (KMQ) idarə heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziyev Qazaxıstanın Energetika Nazirliyinin geniş kollegiyasında etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, SOCAR-la bağlanmış saziş çərçivəsində Aktau-Bakı-Ceyhan istiqamətində Qazaxıstan neftinin tranzit həcmi 1,4 milyon tona qədər və ya 27% artırılıb. Bu il isə bu göstəricinin 1,7 milyon tona qədər qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ildə KQM və SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş bağlanıb. 2023-cü ilin mart ayında Kaşaqan yatağından Azərbaycana 7 min ton neftin sınaq nəqli həyata keçirilib. Yükdaşıyan şirkət qismində “North Caspian Sea Ltd” çıxış edib.

Ümumilikdə 2024-cü ildə Qazaxıstandan daşınan nefti həcmi 83,5 milyon ton təşkil edib ki, bu öncəki illə müqayisədə 4 faiz çoxdur.

// APress.az