Qazaxıstan Prezidenti BMT-nin baş katibi OLA BİLƏRbackend
Cəmiyyət
142

Qazaxıstan Prezidenti BMT-nin baş katibi OLA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adı BMT-nin baş katibi vəzifəsinə namiəzdlər sırasında çəkilir.

Apress.az xəbər veriri ki, “Orda” nəşrinin məlumatına görə, Kasım-Jomart Tokayev bu il ərzində Serbiya, Macarıstan, Fransa, Qırğızıstan və bir sıra başqa ölkələrə səfər edərək beynəlxalq fəaliyyətini artırıb.

“Adı çəkilən nəşr qeyd edir ki, belə intensivlik və onun təcrübəsi nəzərə alınmaqla 2026-cı ildə BMT-nin baş katibi vəzifəsinə namizədliyinin hazırlanması ilə bağlı ola bilər.

Rəsmi Astana hələlik rəsmi şərh verməyib.

Xatırladaq ki, BMT-nin hazırkı baş katibi, portuqaliyalı Antoniu Quterreş 5 oktyabr 2016-cı ildə Təhlükəsizlik Şurasında baş katib postuna səsvermədə qalib gəlib. Onun səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq.

2026-cı ilin sonlarında BMT-yə yeni baş katib seçilməlidir.